Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Britaniya irqçi fars rejimə qarşı körfəzdə dronlar yerləşdirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Britaniya pilotsuz uçuş aparatlarının körfəzdə yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə “Skay Nyus” nəşri informasiya yayıb.

Nəşrin məlumatına görə, burada söhbət Küveytdə yerləşdirilən və Suriya-İraq istiqamətində uçuşlar həyata keçirən PUA-ların yerinin dəyişdirilməsindən gedir. Müşahidə missiyası Hörmüz boğazından keçən Birləşmiş Krallıq bayrağı altında üzən tankerləri müşayiət edən hərbi gəmilərə dəstək xarakteri daşıyacaq.

Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb. Bu olay iki ölkə arasında gərginliyə səbəb olub. Bundan əvvəl isə Cəbəllütariq boğazında Britaniya İranın tankerini saxlayıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın