İspaniya qüvvələrin katalonların etirazına hücumu nəticəsində çox sayda yaralana və tutulan var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İspaniya qüvvələrin Kataloniya bölgəsində müstəqillik tərəfdarlarının etiraz aksiyalarına hücumunda ən azı 90 nəfər zərər çəkib. Bu haqda “El Pais” qəzeti bildirib.

Nəşrin informasiyasına görə, onlardan əksəriyyəti – 60 nəfər Barselonada zədələr alıb.

İlkin məlumatlara görə, Barselonada ən azı 31 nəfər toqquşmaların gedişatında yaxalanıb.

Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.

Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın