Təbrizi koronavirusa bulaşdıran rejim ordu ilə şəhəri dezinfeksiya etməyə hazırlaşdığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu Sepah və mollalar vasitəsilə koronavirusu Çindən Quma bulaşdırılmasından sonra karantinə mane olmaqla bütün şəhərlərə bulaşdıran rejim Təbrizi ordu vasitəsilə dezinfeksiya etməyə hazırlaşdığını bildirib.

25-ci Xüsusi Qüvvələr Briqadasının komandiri briqadir-general Əmir Hüseyn Şəfii bu haqda Şərqi Azərbaycanda fəaliyyət göstərən “Nasr News” internet protalına məlumat verib.

O ordunun Təbrizdə şəhər boyunca dezinfeksiya işləri aparmaq üçün yetərli qüvvə və təchizata malik olduğunu vurğulayıb.

“Ordu bütün təchizat və vəsaiti ilə əhalinin xidmətindədir və hərbi iyerarxiyanın göstərişi ilə Təbrizin ümumi məkanlarında geniş dezinfeksiya işlərini aparmağa hazırıq,” deyə briqadir-general Şəfii söyləyib.

Sosial mediada bəzi istifadəçilər İranın koronavirus təhlükəsi fonunda bəzi bölgələrdə hərbi vəziyyətin elan olunması ehtimalını önə çəkirlər.

Təbriz millət vəkili və İran parlament sədrinin birinci müavini Məsud Pezeşkiyan isə keçən gün höküməti koronavirus təhlükəsi ilə bağlı “qətiyyətli və hərbi qaydada” ölçülər götürməyə çağırıb.

Bəzi millət vəkilləri daxil olmaqla, İranın müxtəlif vilayətlərində siyasi və ictimai fəallar İranı koronavirus epidemiyası ilə ciddi şəkildə mücadilə etmədiyi üçün tənqid edirlər.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın