İşğalçı Ermənistandan dünyanı təhlükəyə salan Metsamoru bağlamaq tələb olunur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib.

Report xəbər verir ki, beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir.

Qəzetin yazdığına görə, Brüssel bunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunur.

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və digər ölkələrin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, işğalçı Ermənistan Metsamor AES-nın fəaliyətini hələ də davam etdirir.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın