Qazaxıstanla ABŞ arasında 7.5 milyardlıq müqavilə

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Vaşinqtona rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir neçə milyard dollar həcmində 20 müqavilə imzalanıb.

Nazarbayev ölkəsinin 7.5 milyard dollar həcmində ABŞ məhsullarını satın almağa hazır olduğu qeyd edib. Tramp isə öz növbəsində Qazaxıstana ixracın ABŞ-da iş yerlərinin sayının artırılmasına imkan verdiyini bildirib.

Qazaxıstanla ABŞ arasında aviasiya, kosmik tədqiqatlar, neft-kimya, kənd təsərrüfatı sənayesi, eləcə də təxminən 7 milyard dollar dəyərində infrastruktur layihələrinin inkişaf etdirilməsi layihələri üzrə sənədlər imzalanıb.

Qeyd edək ki, N.Nazarbayev rəsmi səfər zamanı ABŞ Prezidenti Donald Trampla Suriya və Əfqanıstan məsələləri ilə yanaşı, Rusiya ilə münasibətləri də müzakirə edib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın