Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını təqibsiz elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana dəstək aksiyası ilə bağlı yaxaladığı Güney Azərbaycanın Xoy şəhərindən olan azərbacanlı milli fəal Cavad Əhmədi Yekanlı ona qarşı irəli sürülən iki ittihamda təqibsiz elan edildi.

Bununla bağlı qərarlar Məhkəmənin Elektron Sistemi vasitəsilə Cavad Əhmədi Yekanlıya göndərilib.

Xristian Ermənistanın Tovuz rayonu sərhədindən müsəlman azərbaycanlıların ərazisinə hərbi təcavüz etdiyi ilə əlaqədar Azərbaycan ordusuna dəstək aksiyasına çağırış etdiyinə görə antiislam İran rejimi fəalı şərləyərək fəalı “Sistemə qarşı təbliğat aparmaq”da ittiham etmişdi.

Rejimin Xoydakı Məhkəməsinin 1-ci şöbəsi “Sübutların yetərsizliyi”nə görə azərbaycanlı milli fəala qarşı irəli sürülün ittihamda fəalın təqibsiz olduğuna qərarı verib.

Azərbaycanlı fəal Əhmədi Yekanlı həmçinin “Sosial şəbəkələrdə çağırış yaymaqla ictimai rəydə çaşdırmaq”da da ittiham edilmişdi vəhəmin ittihamdan da bəraət qazanıb.

Xoyda yerləşən İnqilab Məhkəməsinin 3-cü İstintaq Şöbəsinin hakimi Səfərzadə “sübutların yetərsizliyi”nə görə İran Cəza Qanunun 265-ci maddəsinə əsaslanaraq Cavad Yekanlını ona qarşı irəli sürülən ittihamda təqibsiz olduğuna qərarı verib.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın