Rejim azərbaycanlı fəal Höccət Muxtarzadəni məhkəməyə çağıraraq yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadəni (Araz) məhkəməyə çağıraraq, yaxalayıb.

Fəal avqustun 31-də rejimin Təbrizdəki məhkəməsinə müraciət etdikdən sonra yaxalanaraq zindana salınıb.

Azərbaycanlı fəalın nə səbəbə görə yaxalandığı barədə heç bir məlumat verilmir.

Fəalın yaxınlarının dediyinə görə, məhkəmə Höccət Muxtarzadəni 2019-cu il noyabr  etirazları ilə əlaqədar “ictimai asayişi pozmaq”da iyttiham edib.

Qeyd edək ki, Höccət Muxtarzadə 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər azərbaycanlı fəalla birlikdə Təbrizdə yaxalanmışdı. Fəal təxminən bir ay ETTELAAT-ın təcridxanasında, eləcə də rejimin Təbrizdəki zindanında saxlandıqdan sonra dekabrın 16-da 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …

Bir cavab yazın