Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejiminin nüvə təsisatında icazə verildiyi həddən on qat artıq uran aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin son hesabatına görə, İranın nüvə təsisatlarının birində zənginləşdirilmiş uran ehtiyatları icazə verildiyi həddən 10 qat artıq uran aşkarlanıb.

Bu hesabatda, agentliyin ekspertlərinin İrandakı iki mübahisəli atom təsisatından birinə baş çəkdikləri deyilir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrın 4-də, cümə günü axşam nüvə anlaşması çərçivəsində İranın atom fəaliyətinə nəzarətə dair son hesabatını yayıb.

Nüvə razılaşmasına əsasən, İranın zənginləşdirilmiş uran miqdarı 300 kiloqramdan çox olmamalıdır. Halbuki, indi 202.800 kiloqram urana bərabərdir.

Beynəlxalq Atom Enerjisi Agentliyi yeni hesabatında, İranın uran ehtiyatlarını 2015 kiloqrama çatdırdığını, bunun da nüvə razılaşması üzrə icazə verilən miqdarın 10 qatından çox olduğunu bildirir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

Bir cavab yazın