Şənbə , Oktyabr 24 2026
azfa

Çinli virusoloq koronavirusun Çin laboratoriyasında hazırlandığına sübutlardan danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu il aprel ayında Çindən ABŞ-a qaçmış, Honkonq Universitetinin keçmiş əməkdaşı virusoloq Yan Limen koronavirusun Çin laboratoriyasında hazırlandığına dair sübutlar barədə yeni açıqlamalar verib.

Öz komandasıyla koronavirus üzərində tədiqaqat aparan xanım Yan Limen virusun bəşəriyyətə heyvanlardan yoluxmadığını, laboratoriyada hazırlanmış insan əməli olduğunu sübut edən dəllilər tədim edəcəyini deyib:

“Artıq tədqiqatımızı başa çatdırmışıq. Yaxın zamanlarda dünyaya açıqlayacağıq”.

Qeyd dək ki, Yan Limen bir müddət əvvəl “Foks Nyus”a açıqlamasında COVID-19-u insanlıq tarixində ən böyük infeksiya hadisəsi adlandırmışdı: “Bu baxımdan çox zamanımız yoxdur, gecikmişik. Onun qarşısını vaxtında alsaq, bəşəriyyətin həyatını xilas edərik. Zaman çox önəmlidir”.

Həmçinin yoxlayın

ABŞ-ın Türkiyədəki səfiri: “İranda Həm şahı hakimiyyətə gətirdik, həm də Xomeynini”- Video

GADTB: ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun indiyədək İranın hakimiyyətini üç dəfə dəyişdirdiyini bildirib. O …

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Bir cavab yazın