Çərşənbə , Avqust 19 2026
azfa

GADTB və Avstraliya-Azərbaycan Assosiyası Avstraliyada parlamentin qarşısında erməni cinayətlərinin ifşası məqsədilə aksiya keçirdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabr ayının 22-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Avstraliya-Azərbaycan Assosiyasının təşkilatçılığı ilə Ermənistanın işğalçılıq və terror siyasətinin pislənilməsi və ifşası məqsədilə aksiya keçirildi.

Aksiya Avstraliyanın Yeni Şimali Uelz (NSW) əyalətinin parlamentinin millət vəkillərinin giriş qapısının qarşısında baş tutub.

Aksiyadan əsas məqsəd erməni lobbisinin köməyi ilə Avstraliyada Azərbaycanın ədalətli mövqeyinə qarşı, eləcə də Ermənistanın təcavüzkar və işğalçılıq siyasətini ört-basdır etməyə yönəlmiş qətnamənin qəbuluna mane olmaqdır.

Aksiyada uşaq qatili Ermənistanın Azərbaycan şəhərlərində yaşayış məntəqələrini raketlərlə vurmaqla hərbi cinayət törətməsi, Azərbaycanın 20 faiz ərazilərini işğal edib və 1 milyondan çox insanı evindən didərgin salması və terrorçuları Azərbaycana qarşı səfərbər etməsi pislənildi.

Həmçinin yoxlayın

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …

Rusiya müharibə zamanı İrana silah yardımı edib

GADTB: Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər …

Bir cavab yazın