Təbriz Bələdiyyəsi müəmmalı şəlidə 70 nəfər işçisini ixtisar edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Bələdiyyəsi 70 nəfər işçisini səssiz-səmirsiz işdən azad edir. Bələdiyyənin bu ixtisarının işəgötürmə mafiyasının Bələdiyyəyə etdiyi gizli təzyiqlərlə əlaqədar olduğu söylənilir.

Məlumata görə, son aylarda müqavilə ilə müvəqqəti olaraq işə götürülən işçilər heç bir səbəb göstərimədən işdən çıxarılıb. İxtisar edilən işçilərin sayının 70 nəfər olduğu bildirilir. Həmin işçilər Bələdiyyəyə bağlı Həmşəhri Şirkəti ilə müqavilə imzaladıqdan sonra müxtəlif sahələrdə işləyirdilər.

Həmçinin Bələdiyyə rəisi Şəhin Baherin göstərişi ilə ixtisar edilən işçilərin son bir ayın maaşı ödənilmədən işdən çıxarıldığı bildirlir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın