Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Terrorçi kürd təşkilatlarından Türkiyəyə qarşı dəhşətli terror aktı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, PYD-YPG terrorçuları Afrində yerləşən mövqelərindən Kilis və Hatayın Reyhanlı mahalına 6 raket zərbəsi endirib.

“Hürriyət” terrorçuların Türkiyədə yaşayış məskənləri istiqamətində eyni zamanda 6 raket buraxdığını yazıb.

Məlumata görə, raket zərbələri nəticəsində 11 nəfər yaralanıb.

Digər tərəfdən isə PKK-nın Afrin əməliyyatları zamanı verdiyi itkilərin əvəzinə bölgədəki 900-dən çox uşağı qaçırıb.

Bu barədə saxlanılan terrorçulardan biri dindirilmə zamanı deyib. O bildirib ki, PKK qaçırdığı uşaqlara qısa müddətdə silah təlimləri keçərək onları cəbhə bölgəsinə göndərir.

PKK üzvü təşkilatın Afrindəki ailələrin yaşlılarını da qaçıraraq zorla hərbi əməliyyatlara cəlb etdiyini söyləyib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın