Şənbə , Oktyabr 24 2026
azfa

Baxımsızlıq üzündən Güney Azərbaycanın Kəndvan Tarixi-memarlıq Kompleksi dağılmaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kəndvan Tarixi-memarlıq Kompleksi dağılmaqdadır. İran rejiminin müstəmləkə siyasəti və kompleksi qorumağa maraqlı olmaması, eləcə də kompleksdə tikilən qanunsuz ticarət-iaşə obyektləri tarixi abidənin görkəmini dəyişməklə yanaşı abidənin aşınmasına səbəb olur.

Əhalinin, ətraf mühit fəallarının və ziyalıların çoxsaylı müraciətlərinə baxmayaraq Kəndvan Tarixi-memarlıq Kompleksinin dağılmasının qarşısının alınması yönündə heç bir addım atılmır.

İran Mədəni İrs Təşkilatının yerli şöbələri isə mərkəzdən büdcə ayrılmadığı üçün tarixi abidənin qorunması və dağılan yerlərin yenidən qurulması üçün heç bir iş görmür.

Artıq tarixi kəndin kəlləqənd formalı evlərinin dağılmasının şəkilləri də sosial şəbəkələrdə yayılmaqdadır.

Həmçinin yoxlayın

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …