Diktatorların himayədarı Rusiyanın dünya üçün zərərli ölkə olmasına rusdan etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rusiyalı iqtisadçı Slava Rabinoviç “Obozrevatel” saytında dərc olunan məqaləsində yazır ki, “Kreml hesabatı” onu göstərir ki, Rusiya 2014-cü ildən bu yana bütün dünya üçün zərərli ölkə statusu daşıyır və bu, gələcəkdə onu məhv edə bilər.

Rus iqtisadçı Slava Rabinoviçin sözlərinə görə, bu sənəd “Damokl qılıncı” kimi bütün rusiyalı iş adamlarının başı üzərində asılıb:

“İndiki halda bütün xarici investorlar, maliyyə müəssisələri, bank və ya şirkətlər rusiyalılarla əməkdaşlıqlarına şübhə ilə yanaşırlar. Ona görə ki, onlar hər an sanksiyalara məruz qalacaq biznes tərəfdaşları ilə işlədiklərini bilirlər. Bu, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafının fəaliyyətinin nəticəsidir. Onların daxili və xarici siyasətdə etdikləri ölkənin inkişafı üçün təhlükəlidir. Putin hər kəsin ümidini məhv etdi. Bu yolun nə zaman bitəcəyi bəlli deyil. Ölkənin maliyyə-iqtisadi və siyasi vəziyyətində geri dönüşü mümkün olmayan dəyişikliklər zamanı çatır. Bu ölkə hələlik necəliyi bəlli olmayan, amma tamamilə qaçılmaz olacaq silkələnmələr nəticəsində dağılacaq”.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın