Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İsrail İran adlanan ölkəyə məxsus 4 hədəfi məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hərbçiləri gecə saatlarında İrana məxsus pilotsuz uçuş aparatını ələ keçiriblər.

Bu barədə informasiyanı İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti yayıb. PUA-nın Suriya ərazisindən İsrailə daxil olduğu bildirilib.

Rəsmi Təl-Əviv buna cavab olaraq Suriyadakı İran hədəflərini bombardman edib.

İsrail ordusu az öncə Suriyanın hava hücumundan müdafiə sistemlərinə və İrana məxsus bölmələrə güclü aviazərbələr endirib.

Bu barədə informasiyanı İsrail ordusunun mətbuat xidməti yayıb.

Rəsmi açıqlamada Suriyada 12 hədəfə hücum edildiyi bildirilib. Bundan əlavə, rəsmi Təl-Əviv Suriyanın 3 hava hücumundan müdafiə batareyası və İrana məxsus 4 hədəfi məhv etdiyini açıqlayıb.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın