Çərşənbə , Yanvar 15 2025
azfa

Avropa İttifaqı Türkiyə ilə bağlı dialoqu gücləndirməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, liderlər Avropa Şurasına Türkiyə ilə Gömrük İttifaqı arasında əlaqələrin yenilənməsi yollarını araşdırmaq və tətbiqetmədə çətinliklərlə əlaqədar rəsmi Ankara ilə müzakirələrin intensivləşdirilməsini istəyiblər.

Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasından Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

Brüssel terrorizmə qarşı mübarizə, sağlamlıq və iqlim kimi qarşılıqlı maraq doğuran məsələlərdə Türkiyə ilə yüksək səviyyəli dialoqa başlamağa hazırdır.

Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …