Türk Şurası Qırğızıstan-Tacikistan münaqişəsi ilə bağlı mövqeyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə əlaqədar bəyanat yayıb.

Bu barədə təşkilatın saytında məlumat verilib.

Baş katib bildirib ki, Qırğızıstan-Tacikistan dövlət sərhədində hər iki tərəfdən insan tələfatına səbəb olan gərginlik dərin narahatlıq doğurub: “Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tez bir zamanda sağalmasını diləyir, ölkələrin Xarici İşlər Nazirliklərinin danışıqlarından və tərəflər arasında atəşkəsin dərhal tətbiqindən məmnun olduğumuzu bildiririk.

Müqəddəs Ramazan ayında birləşmək və müxtəlifliklərimizi kənara qoymaq üçün əlimizdən gələni etməliyik. Buna görə də mövcud problemlərin yalnız iki ölkə arasında mehriban qonşuluq münasibətləri ruhuna uyğun diplomatik danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırıq”.

Türk Şurasının Baş katibi tərəfləri diqqətli olmağa və gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinərək vəziyyəti sabitləşdirmək üçün ortaq tədbirlər görməyə çağırıb.

“Xüsusilə Qırğızıstan tərəfinin barışın bərpasına verdiyi töhfəni qeyd edirik. Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu ətrafında sıx təmas saxlamağa davam edəcək”, – deyə B. Amreyev vurğulayıb

Həmçinin yoxlayın

Hüseyn Şeirbafipurun həyatı Təbriz həbsxanasında təhlükə altındadır

QADTB: Hüseyn Şeirbafipur 18 dey etirazları zamanı Təbrizdə saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan …

İrqçilik xarakteri daşıyan “Farsca Yetərlilik” layihəsinin müəllifi ana dildə təhsil hüququnu inkar edən idarəçini təltif etdi

GADTB: Təbrizdə keçirilən Şərqi Azərbaycan Təhsil Şurasının iclasında İran Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini …