Çərşənbə , Sentyabr 9 2026
azfa

Azərbaycan İti qovan PUA-larını Milli Ordunun istifadəsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi.

Bunu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıblar:

 “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.

İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.

Həmçinin yoxlayın

ABŞ və üç Qərb dövləti İranın nüvə məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün qətnamə layihəsi hazırlayıb

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasına təqdim …

SEPAH: “İki ABŞ gəmisinə, səkkiz neft tankerinə və 10 gəmiyə hücum etmişik”

GADTB: Terrorçu SEPAH çərşənbə günü səhər saatlarında yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın Fars körfəzində …