İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdəki tarixi Pinəşalvar məzarlığı dağıdılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ayrıseçkilik və Azərbaycanın tarixi abidələrinin qorunmasına qəsdən laqeydliyi üzündən Təbrizin cənub qərbindəki məşhur tarixi Pinəşalvar məzarlığı dağıdılıb.

Tarixi qəbristanlığın mühafizəsi üçün heç bir tədbir görülmür və tarixi qəbristanlıq tamamilə özbaşına buraxılıb.

Qoç daşları, qədim və özünəməxsus baş daşları və daş fiqurları ilə məşhur olan Pinəşalvar qəbristanlığı islamın ilk illərindən Səfəvilər dövrünə qədər bir çox tanınmış və tarixi şəxsiyyətlərin dəfn olunduğu qəbristanlıqdır.

Pinəşalvar qəbristanlığında bir çox qöç daşları və qədim daş kitabələr qanunsuz aparılan qazıntılar və əlaqədar qurumların laqeydliyi nəticəsində dağıdılıb.

Qəbirlərin baş daşlarının bir çoxu sındırıldığı və oğurlandığı üçün burada dəfn olunan tanınmış sufi şeyxlərinin və tarixi şəxsiyyətlərin qəbirlərini yeri itib.

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …