GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yəməndə İranın maliyələşdirdiyi terrorçu husilər terrorçu başı Qasım Süyleymaninin şəklini cırdıqlarına görə bir kəndə hücum edib və dinc əhalidən 42 nəfəri oğurlayıblar.
Mayın 17-də müstəqil insan haqları mərkəzi, husi yaraqlılarının Yəmənin şimalındakı bir kəndə hücum etdiyini və 42 nəfəri tutaraq öz gizli zindanlarına apardıqlarını açıqlayıb. Bu şəxslər husilərin yazdığı “şüarları” və Qasım Süleymaninin şəkilləri də daxil olmaqla Xameneinin şəkillərini cırmaqda günahlandırılır.
Açıqlamanın davamında deyilib ki, başdan ayağa silahlanmış Husi terrorçuları hücuma keçərək birbaşa kənd məscidinə və kəndlilərin bir-bir evlərinə basqın edərək onları silah gücü ilə “Şabam bölgəsinin mərkəzindəki” gizli zindanlarına aparıblar.
Amerikanın “ACJ” Ədalət Mərkəzindən verilən məlumata görə, qaçırılanlar şiddətli “qeyri-insani rəftara” məruz qalıblar və kəndlilərin evlərinin divarları və kənd məscidində Husilərin yazdığı “şüarları” və onların başçılarının və Xameneinin, o cümlədən terrorçu başı Qasım Süleymani və Livan Hizbullah terror qrupunun baş katibi Həsən Nəsrullahın şəkillərini cırdıqlarını etiraf etmək üçün fiziki və mənəvi işgəncələrə məruz qalıblar.