Azərbaycanlı fəallar Ərdəbil parklarında azərbaycanlı siyasi məhbus qardaşlara dəstək qrafitləri həkk ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Ərdəbil parklarında azərbaycanlı siyasi məhbus qardaşlara “# Behnam Şeyxi və #Mehrdad Şeyxi” qrafitləri həkk etməklə dəstək nümayiş etdiriblər.

Bu məqsədlə mayın 24-də Ərdəbil şəhərinin bütün parklarının oturacaqları üzərinə “# Behnam Şeyxi və #Mehrdad Şeyxi” qrafitləri həkk  olunub.

Azərbaycanlı fəallar Ərdəbil şəhərinin bir çox parklarında Evin və Ərdəbil zindanlarında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəallar Behnam və Mehrdad Şeyxi qardaşlarının ədalətsiz həbslərinə etiraz olaraq qeyd olunan aksiyanı keçiriblər.

Qeyd edək ki,  Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiyinə görə həbs edilib.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən yanalanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Ərdəbil İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi həbs müddəti  6 aya endirmişdir.

Behnam Şeyxi isə Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub.

“Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham edilən siyasi fəallarla bağlı çıxarılan qərar Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsi tərəfindən təsdiqlənib və hər biri iki il həbs cəzasına məhkum olunub.

Behnam Şeyxi hazırda Tehranın Evin zindanında həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …