Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar Urmiya zindanının gənclər bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünü pislədiyinə görə Güney Azərbaycanın Urmiya şəhərində irqçi fars rejim tərəfindən həbs edilən azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar yaxınları ilə qısa telefon əlaqəsində zindanın karantin bölümündən gənclər bölməsinə köçürüldüyünü bildirib.

Azərbaycanlı fəal mayın 19-da öncədən bildirilmədən həbsxananın karantin bölməsinə köçürülmüşdü.

Salar Tahir Əfşar bu ilin aprel ayının 19-da Urmiya şəhərindəki ata evində rejimin təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.  

Bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib.

Qeyd edək ki, erməni təcavüzünü pislədiyinə görə Urmiyada yaşayan Azərbaycanın milli milli fəal Salar Taher Afshar bir il həbsə məhkium edilmişdi.

Rejim erməni təcavüzünü pislədiyinə görə fəalı “Sistemə qarşı təbliğat və qanunsuz toplantılar təşkil etməyə cəhd” ittihamı ilə dörd il həbs cəzası əvəzinə “Sistemə qarşı təbliğat” ittihamı ilə bir il həbs cəzasına məhkum etmişdi.

Qarabağ qurtuluş müharibəsi dövründə bir çox Azərbaycan milli fəalları müxtəlif saxta ittihamlarla təhlükəsizlik xidmətləri tərəfindən tutularaq qanunsuz olaraq bir neçə gün həbs edildi və müxtəlif şəhərlərdə onlara qarşı həbs cəzaları verildi.

Həmçinin yoxlayın

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …