Azərbaycanlı fəal Siyamək Seyfi bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi iyunun 27-də aldığı bildirş vasitəsilə “İctimai asayişi pozmaq üçün əlbir olmaq” ittihamı ilə ona qarşı verilən 2 illik həbs qərarının ləğv olunduğundan məlumat alıb.

Azərbaycanlı fəal ona qarşı çıxarılan ədalətsiz qərara şikayət verdiyinə görə, onun barəsində çıxarılan 2 illik həbs qərarından bəraət verilib. 

Qeyd edək ki, bundan öncə Siyamək Seyfi barəsindəki qərar əsasında hazırlanan bildirişdə yazılımışdı: “İctimai asayişi pozmaq üçün əlbir olmaq ittihamı ilə bağlı Meşkin prokurorluğu və İnqilab Məhkəməsinin iddianaməsinə, kəşfiyyat və təhlükəsizlik idarəsinin hesabatına, mittəhimin telefonunda “İnstagram” və “Telegram” sosial şəbəkələrində fəaliyyətinə dair əldə edilən materiallara əsaslanaraq, öncədən elektron poçt vasitəsi ilə bildirilməsinə rəğmən məhkəmə iclasına qatılmadığına görə, müttəhimin İslami Cəza Qanununun 61-ci maddəsinə əsasən Siyamək Seyfinin 2 il azadlıqdan məhrum edilməsinə qərar verilir. Öncədən saxlanıldığı günlər həbs müddətindən azaldılacaq”.

Azərbaycanlı fəal Siyamək Seyfi azərbaycanlı fəal Aydın Zakiri ilə birlikdə 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək və İran hökumətinin Ermənistana hərbi, texniki və lojistik yardımlarına ertiraz məqsədilə keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə yaxalanmışdılar.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …