Yunanıstan hər növ rəzilliyə əl atdıqdan sonra Türkiyə qarşısında aciz olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Aralıq dənizi və Egeydə müxtəlif təxribatlar həyata keçirən Yunanıstanı Türkiyə qorxusu bürüyüb.

Yunanıstan hökumətinin diplomatik cəhdlərinin nəticəsiz qaldığını yazan yunan mətbuatı Türkiyəyə sualtı qayıqların satışının dayandırıla bilməməsini şərh edib.

Alman diplomatik mənbələrinin “Layihə tamamlandı” ifadəsinə yer verən yunan mətbuatı Türkiyənin Yunanıstanı daha da üstələyəcəyini qeyd edib.

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias əvvəlki çıxışında ölkənin 4 ədəd 214 sinif sualtı qayığına sahib olduğuna işarə edərək “Əgər Almaniya Türkiyəyə qayıqları göndərməyə davam edərsə, Türkiyənin bizə qarşı strateji üstünlüyü olacaq” deyə xəbərdarlıq edib və Almaniyadan mövqeyini dəyişdirməsini tələb edib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …