Şənbə , Noyabr 21 2026
azfa

Tanınmış azərbaycanlı şair Məhəmməd Rza Məlikpur vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı şair, ədəbiyyatçı və türk dili tədqiqatçısı Məhəmməd Rza Məlikpur (Nazir Şərəfxaneyi) dünyasını dəyişib.

Urmiya gölünün sahilində yerləşən Şərəfxana limanında 1938-ci ildə doğulan şairin “Yeralma” adlı ilk şeiri o vaxtkı “Azərabadeqan” qəzetində dərc olunmuşdu.

Nazir Şərəfxaneyi türk, fars və ərəb dillərini araşdırıcısı olub, bu dillərdə müxtəlif əsərlər yazıb. Şərəfxaneyi Güney Azərbaycanda ədəbiyyatçılar və mədəniyyətsevərlər arasında daha çox “Urmu dəryaçəsi” adlı poeması ilə tanınıb.

Azərbaycanlı şairin “Ulduzlu dəniz”, “Şehli səhər”, “Mahnılı çay”, “Ürək çırpıntısı”, “Son istəklər”, “Hekayələr”, “Satiralar”, “Yeni qəzəllər” və “Nazir Şərəfxaneyinin türkcə divanı” və s.  çoxsaylı əsərləri çap olunub.

Nazir Şərəfxaneyi Urmiya gölünün kənarında yerləşən doğma yurdu Şərəfxana limanında dəfn olunmasını vəsiyyət edib.

Həmçinin yoxlayın

Vens: İran İslam Respublikasının nüvə silahına sahib olması yüz minlərlə günahsız insanın ölümünə səbəb ola bilər

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens noyabrın 20-də, cümə günü İrana nüvə silahı əldə etməsinin …

Tramp: İran 51 ildir saxta razılaşmalarla insanları aldadır

GADTB: ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, İran İslam Respublikası razılaşma istəyir, lakin …