Çərşənbə , May 6 2026
azfa

Amerika və İsrail İrana qarşı “B planı”nın işə salınmasını müzakirə ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, [tən həftə Amerika və İsrail rəsmilərinin keçirdikləri onlayn görüşün bəzi ayrıntıları məlum olub.

Bu barədə “Axios” saytı adını çəkmədiyi İsrail rəsmilərinə istinadən xəbər yayıb.

Bildirilir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə israilli həmkarı Eyal Hulatanın başçılığı altında “online” keçirilən görüşdə əsas İranın atom razılaşmasının canlandırılması üzrə məsələlər müzakirə edilib.

Tərəflər İranın atom anlaşmasına qayıtmadığı halda, “B planı”nın işə salınması fikrini irəli sürüblər. Bu planda danışıqlar nəticəsiz başa çatarsa, Amerikanın İrana qarşı yeni sanksiyalar qəbul etməsi nəzərdə tutulur.

Videokonfrans zamanı amerikalı rəsmilər bildiriblər ki, əgər atom danışıqları tezliklə yenidən başlamazsa, Tehrana qarşı yeni embarqolar qoyulacaq.

Bundan başqa, Amerika Xarici İşlər Vəzirliyinin sözçülərindən biri “Axios” saytına açıqlamasında deyib ki, Vaşinqton İranla bağlı məsələlərin bir çoxunu Tel-Əvivlə müzakirə etməyə davam edir.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …