Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təbriz etirazlarında yaxalanan Nadir Sadiqian rejimin İnqilab Məhkəməsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 24 iyul Təbriz etirazları ilə bağlı irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəal Nadir Sadiqian rejimin İnqilab Məhkəməsinə çağrılıb.

İrqçi fars rejimin məhkəmə orqanlarının elektron sistemindən göndərilən çağırış əsasən, azərbaycanlı fəal oktyabrın 20-də rejimin Təbrizdəki İnqilab Məhkəməsinin birinci şöbəsində olmalıdır.

Qeyd edək ki, İran rejiminin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsi Sadiqiana qarşı irəli sürülmüş “İctimai asayişi pozmaq” və “Sistemə qarşı təbliğat” ittihamlarını təsdiqlyib və onun həmin ittihamlar üzrə mühakiməsi barəsində qərar vermişdi.

Nadir Sadiqian iyulun 26-da Təbrizdə təhlükəsizlik məmurları tərəfindən yaxalanıb və daha sonra 11 avqustda Təbriz zindanına köçürülüb. Fəal avqustun 14-də girov qarşılığında zaminə buraxılıb.

İyulun 24-də Güney Azərbaycanın bəzi şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə etiraz aksiyası keçirildi. Rejimin qüvvələri çox sayda azərbaycanlı fəalı həbs edilmişdi.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …