Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

PKK terror təşkilatı Sincarda 52 nəfəri oğurlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK İraqın Mosul şəhərinin Sincar rayonunda 52 nəfəri oğurlayıb.

Mərkəzi qərargahı Ərbildə yerləşən “Kürdistan 24” telekanalının yayımında peşmərgə komandanı Şemo İdonun mövzu ilə bağlı açıqlamaları yer alıb.

İdo 52 adamın Sincarda PKK tərəfindən oğurlandığını və taleyinin bu günə qədər bilinmədiyini söyləyib.

9 oktyabr 2020-ci ildə İraq hökuməti ilə İraq Kürd Regional İdarəsi (KRİ) arasında imzalanan və Sincardakı PKK-nın mövcudluğuna son qoyması nəzərdə tutulan sazişdən sonra PKK KRİ-dəki terror fəaliyyətini artırdı.

Sincar sazişindən narahat olan PKK-nın işğal etdiyi bölgələrdə yaratdığı sabitsizliyi terror aktları ilə İraqın şimalına yaymağa və diqqəti Sincardan yayındırmağa cəhd göstərdiyi müşahidə olunur.

KRİ-nin yüzlərlə kəndi işğal etdiyi, dinc etirazları qızışdırdığı və diplomatik missiyaları hədəf aldığı bildirilən PKK-nın Sincar müqaviləsindən sonra Peşmərgə, polis, məmur və mülki şəxslərə qarşı artan hücumları diqqət çəkir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …