Kürd terrorçuları Afrində 211 uşağı qətliam etdi

GADTB-nin Mətbuat Mərkəzinin axar.az-a istinadən yaydığı məlumata görə, Afrin əməliyyatı nəticəsində küncə sıxışan kürd terrorçular mülki insanları qalxan olaraq istifadə etməklə yanaşı, tabe olmaq istəməyən dinc əhalini də vəhşicəsinə qətlə yetirir.

Türkiyə kəşfiyyat qurumlarının hazırladığı hesabatda Afrində terrorçuların 211 uşağı qətlə yetirdiyi məlum olub.

Hesabatda həmçinin aralarında qadın və yaşlıların da olduğu 417 dinc sakinin PKK-YPG-PYD terrorçularına tabe olmaqdan boyun qaçırdığı üçün öldürüldüyü bildirilib. Ailələri TSQ ilə döyüşmək üçün zorla qaçırılan azyaşlıların fotolarını da təqdim edib.

Qeyd edək ki, terrorçuların Afrində törətdiyi çirkin əməllər ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri, uşaq, qadın, yaşlı demədən öldürülən yüzlərlə azərbaycanlının başına gətirilən faciələri xatırladıb. Afrində Qarabağda yaşanan “erməni vandallığı”nı xatırladan hərəkətlər həmçinin yerli mənbələrə əsasən öz təsdiqini tapıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın