Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanınn müxtəlif şəhərlərində müəllimlər və təhsil işçilərinin etiraz aksiyaları bir neçə gündür davam edib.

Oktyabrın 14-də Təbriz, Culfa və Əərdəbil, Zəngan və s. şəhərlərdə Təhsil İdarəsinin qarşısına toplaşan müəllimlər və təqaüddə olan təhsil işçiləri təsnifatlaşdırma və əmək haqlarının uyğunlaşdırılması planının həyata keçirilməməsinə öz etirazlarını bildiriblər.

Etirazçı müəllimlər müxtəlif şüarlar, o cümlədən “Müəllim ayrıseçkilidən bezib”  şüarı səsləndirməklə hüquqlarının pozulmasına etiraz ediblər. Onlar məsələnin həll olunması ilə bağlı İran hökuməti və Təhsil Nazirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsindən narazılıqlarını bildiriblər.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …