Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli fəal oktyabrın 15-i gecə saatlarında şəhərin müxtəlif yerlərində marqqlı aksiya keçiriblər.

Onlar şəhərin “Səbzə Meydan” və “Azadlıq” meydanında baner açaraq böyük və xoşbəxt Azərbaycan qurmağa hazır olduqlarını bildiriblər.

Şüarlarda “Zəncanlıyam, atmaram Türk dilimi, satmaram öz elimi!”, “Zəncandan Təbrizə salam, yanındayıq Təbrizim!”, “Azərbaycanın qızıl yurdu Zəncandan Təbrizə salam olsun!”, “Azərbaycanı qorumağa yanındayıq, Təbrizim!” sözləri yazılıb.

Azərbaycanlı fəallar mərkəzi Təbriz olmaqla bütöv Azərbaycan qurmaq üçün Təbrizin fəalları ilə həmrəy olduqların və onları dəstəklərini yazıblar.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …