Çərşənbə , Sentyabr 23 2026
azfa

İran  rejimi azərbaycanlı fəallar üçün qəribə və gülməli qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi Güney Azərbaycanda Azərbaycan Türk Millətinin əl-Əhvaz bölgəsində ərəblərin haqlı etirazlarına dəstək mitinqləri zamanı Təbrizdə həbs edilən azərbaycan fəallar Fərzad Vəli Üskui və Əmir Məhəmməd Tədəyyünə qəribə cəza qərarı çıxarıb.

Habelə, Təbrizin Dövlət və İnqilab Prokurorluğunun 15 saylı şöbəsi bu ilin yulun 24-də Təbrizdə baş tutan etiraz aksiyalarında saxlanılan güneyli fəallar Fərzad Vəli Üskui və Əmir Məhəmməd Tadəyyün barəsində isə “qanunsuz aksiyalara qatılaraq ictimai asayişi pozmaq” ittihamı əsasında “məhkəmə nəzarəti altında olmaq şərtilə məsuliyyətə cəlb edilməsinin dayandırılması” və eləcə də ” məhəllə məscidində bir həftə hədis əzbərləmək” qərarı çıxarıb.

Qeyd edək ki, Fərzad Vəli Üskui və Əmir Məhəmməd Tədəyyün Təbrizdə 24 iyul aksiyası ilə bağlı yaxalanmışdı. Onlar istintaq təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülmuş, daha sonra 60 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …