Güney Azərbaycanda Azərbaycanın “Zəfər Günü” divar qrafitləri ilə anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Zəfər Günü”nün birinci ildönümü münasibətilə Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan və s. şəhərlərində kütləvi şəkildə divar rəsmləri, yazıları və qrafitilər həkk edilib.

Güney Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycanın İkinci Qarabağ Müharibəsində qələbəsinin və “Zəfər Günü” və Şuşa şəhərinin azad edilməsinin ildönümü ilə bağlı Təbriz, Ərdəbil, Zəngan və Urmiya şəhərlərində geniş divar rəsmləri çəkiblər. Qarafitlərdə Xari bülbülün şəkli həkk olunmaqla 2907 Azərbaycan şəhidlərinin sayı həkk edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ötən il 44 günlük “Vətən Müharibəsi”  zamanı Ermənistanın 30 il ərzində işğalda saxladığı ərazilərini azad edib. Müharibə zamanı Arazın cənubunda yaşayan azərbaycanlılar dəfələrlə Arazın şimalındakı azərbaycanlılara və türk ölkələrinin birliyinə öz dəstəklərini göstəriblər.

İran rejimi isə müharibə dövründə və ondan sonra işğalçı və şiələrin qatili Ermənistanı dəstəkləyib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …