Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejimindən baş örtüyünü açan qadına 2 il həbs cəzası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejiminin Tehranda prokuroru Abbas Cəfəri Dövlətabadi, martın 7-də jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı etiraz olaraq baş örtüyünü açan bir qadına 2 il həbs cəzası verildiyini söyləyib.

Abbas Cəfəri Dövlətabadi bildirib ki, “bu qadın, ictimai yerdə baş örtüyünü açıb insanları fəsada təşviq etməkdə və haram iş görməkdə günahlandırılaraq 2 il şərti həbs cəzasına məhkum edilib. Tibbi ekspertizanın rəyinə görə, həbsə məhkum edilən həmin qadının psixiatr nəzarəti altında uzunmüddət müalicə almağa ehtiyacı var. Bir daha qeyd ki, ölkədə hicaba qarşı çıxan, hicaba riayət etməyən və baş örtüyünü açan qadınlara mübarizə aparılacaq, belə qadınları məsuliyyətə cəlb edəcəyik”.

Tehran prokuroru, baş örtüyünü açdığına görə 2 il həbsə məhkum edilən qadının adını açıqlamayıb.

Qeyd edək ki, İran adlanan ölkədə son aylarla yüzlərlə qadın məcburi hicaba hicaba etiraz olaraq şəhərin mərkəzi meydanlarında baş örtüyü açmışdır.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın