Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Yusif Pircanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Yusif Pircanini həbs edərək, Xoydakı zindana salıb.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, Yusif Pircani dekabrın 22-də İran rejiminin Xoy şəhərindəki İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra yaxalanıb və Xoy şəhərindəki rejimin zindanına köçürülüb.

Qeyd edək ki, Yusif Pircani iyul ayının 24-də Xoy şəhərində  rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Pircani “Hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal iyulun 24-də Təbriz başda olmaqla bir sıra Güney Azərbaycan şəhərində əl-Əhvaz etirazların dəstək mitinqinin keçirilməsi ilə bağlı yaxalanmışdı.

Həmçinin yoxlayın

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Müharibə zamanı Çin İrana 1 300 dron və raket komponentləri partiyası göndərib

GADTB: “Wall Street Journal” qəzetinin məlumatına görə, Çin 2026-cı ilin ilk altı ayında İran Müdafiə …