Türkiyənin “Turkovac” vaksini “Omikron”a qarşı müdafiəni təmin edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib ki, “Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin edir.

O qeyd edib ki, hazırda dünyada sürətlə yayılan ştamm Türkiyədə də qeydə alınıb. “Omikron”un digər variantlardan daha təsirli olduğunu vurğulayan Kara, onun çox sürətlə yayılaraq xəstələrin sayının kəskin artmasına səbəb olduğunu vurğulayıb.

Alim həmçinin “Turkovac” peyvəndinin effektivliyi ilə bağlı araşdırmaların intensiv şəkildə davam etdiyini bildirib.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …