Cümə axşamı , Aprel 30 2026
azfa

İran qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə yarışa idmançı qrupu göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən ilin son günlərində separatçı tör-töküntülərinin Xankəndidə qanunsuz turnir keçirəcəklərini xəbər yayılmışdı.

Turnirdə Qarabağdakı erməni idmançılarla yanaşı, Ermənistan və İran idmançıları da iştirak edəcəkdilər.

Azərbaycan mediasında İran idmançılarının Xankəndidə keçirilməsi planlaşdırılan MMA, yəni qarışıq döyüş növləri yarışlarında iştirak edəcəyi və separatçı ünsürlərlə bu əməkdaşlıq faktı İran tərəfinin növbəti təxribatı kimi qiymətləndirildi.

Həmin hadisənin son vaxtlar Azərbaycan-İran münasibətlərində müşahidə olunan müsbət meyllərə heç cür uyuşmadığını yaxşı anlayan İranın Bakıdakı səfirliyi dərhal hərəkətə keçdi. Səfirliyin mətbuat şöbəsi xüsusi bəyanat yayaraq, iddia etdi ki, “dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur”.

Lakin əsl həqiqət başqadır. Səfirlik necə deyərlər, gözünün içinə kimi yalan danışır. Xankəndiyə kimlərin və necə getdiyini guya bilməyən səfir, birbaşa proseslərdə iştirak edib və İran idmançılarının orada olmasını gizlətməyə çalşıb.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …