Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın ETTELAAT məmurları azərbaycanlı milli fəal Kərim Boksoru terror edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT məmurları tanınmış azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə (Kərim Boksor) Təbrizdə terror etdi.

Yanvarın 13-də Təbrizin Qaraməlik məhəlləsində İran rejiminin ETTELAAT qüvvələri mülki geyimdə azərbaycanlı fəalın avtomobilini dayandırıb və onun sol qoluna naməlum mənşəli zəhərləyici iynə vurublar.

Bundan sonra Kərim İsmayılzadənin qan təzyiqi kəskin artıb və o qanaxma nəticəsində huşunu itirib.

Ətrafda olan insanlar azərbaycanlı milli fəalı Təbrizin “İmam Rza” xəstəxanasına çatdırıb. Bu gün Kərim İsmayılzadənin xəstəxanada sağlığının nisbətən yaxşılaşdığı bildirilir.

Qeyd edək ki, Kərim İsmayılzadə milli-mədəni fəaliyyətlərinə görə tez-tez İran rejimi tərəfindən həbs və əzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …