Cümə axşamı , Sentyabr 24 2026
azfa

Şərqi Azərbaycanda İranın talamaqda olduğu qızıl və mis ehtiyatlarının həcmi açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın talamaqda olduğu Şərqi Azərbaycanın qızıl və mis ehtiyatlarının həcmi açıqlanıb.

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi Sabir Pərnian Sarab və Vərzian şəhərlərinin İran məclisindəki deputatları Allahverdi Dehqani və Yusif Davudi ilə görüşündə əyalətdə olan mədən ehtiyatlarının həcmi barədə məlumat verib.

Sabir Pərnian deyib: “Şərqi Azərbaycan əyaləti özünün çox yüksək mineral ehtiyatları, 52 növ faydalı qazıntıları ilə zəngin metal və strateji əhəmiyyətli mədən ehtiyatlarına malikdir. Biz Sənaye, Mədən və Ticarət Nazirliyinin mədən və mineral sənayenin inkişafı üçün irəli sürdüyü planlarına əsasən əvvəlkindən daha çox çalışmağın vacib olduğunu düşünürük”.

Pərnian əyalətdə qızıl və mis ehtiyatlarının 5.9 milyard ton civarında hesablandığını bildirib və bundan Şərqi Azərbaycanın hər tərəfli inkişafı üçün istifadə edilməli olduğunu qeyd edib.

Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi mövcud təbii sərvətlərin əyalətdə işsizliyin aradan qaldırılması və iqtisadi inkişafın təmin olunması üçün vali başda olmaqla yerli məsulların tədbirlər görməyi planlaşdırdıqlarını iddia edib.

Qeyd edək ki, İran rejimin Şərqi Azərbaycan əyaləti də daxil olmaqla Güney Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini müstəmləkəçi kimi talayıb fars bölgələrinə daşıyır, yerli əhaliyə isə ekoloji fəlakət və yoxsulluq geridə buraxır.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …