Şənbə , Sentyabr 26 2026
azfa

Əl-Əhvazda polad sənayesi işçiləri etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yadığı məlumata görə, əl-Əhvazda Polad Sənayesi Qrupunun fəhlələri etiraz aksiyası keçiriblər.

Onlar öncə yürüş təşkil ediblər, daha sonra Xuzistan valiliyinin binası önündə mitinq keçiriblər.

Fəhlələr daha öncə məsul şəxslərdən tələb etdikləri məsələlərin yerinə yetirilmədiyi üçün yürüşə çıxıblar.

Onlar əməkhaqlarının artırılması, yaşayış səviyyəsinin yaxşılaşdırılması, istehsalın artırılması və bu yöndə maneələrin aradan qaldırılması, təmir üçün ehtiyat hissələrinin təmin edilməsi və digər bu kimi tələblər irəli sürürlər.

Qeyd etmək lazımdır ki, son illər İranda demək olar hər gün müxtəlif sahələrdə çalışanlar sosial problemlər və yarıtmaz idarəçilik səbəbindən etiraz miitinqlərinə əl atırlar.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …