Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi Araz çayı kənarından Azərbaycanın azad etdiyi ərazilərə baxan azərbaycanlı fəalları həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Xudafərin körpüsü yaxınlığında Araz çayı kənarından Azərbaycanın azad etdiyi ərazilərə baxan azərbaycanlı fəalları yaxalayıb.

Fevralın 17-də bir neçə azərbaycanlı mədəni fəal Xudafərin körpüsü yaxınlığında Araz kənarından Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına baxmağa toplaşdıqları üçün İranın terrorçu Sepah məmurları onları həbs edib.

Azərbaycanlı şair Vuqar Nemət, milli-mədəni fəal Əli Nəsiri və Kəleybər şəhərindən olan başqa bir neçə nəfər sərhəd zolağından uzaqda olduqlarına baxmayaraq heç bir əsas göstərilmədən İranın terrorçu Sepah məmurları tərəfindən yaxalanaraq təcridxanaya aparılıblar.

Azərbaycanlı fəallar iki gün dindirildikdən sonra fevralın 19-da zəmanət qarşılığında müvəqqəti zaminə buraxılıblar.

Azərbaycanlı faəlların Xudafərin körpüsü yaxınlıında yerləşən Zənbilan kəndi ərazisində yemək yedikləri zaman həbs olunduğu bildirilir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …