Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan Ermənistana münasibətlərin normallaşması üçün yeni təkliflər irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri münasibətlərin normallaşması üçün Ermənistan hökumətinə 5 maddədən ibarət yeni təklifin təqdim edildiyini açıqlayıb.

Antalya Diplomatiya Forumunda iştirak edən xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” ajansına açıqlamasında Bakı-İrəvan münasibətləri haqqında danışıb.

Xarici işlər naziri bu barədə deyib: “Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdardır”.

“Azərbaycan tərəfi xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təklif göndərib. Biz Ermənistan tərəfinə özündə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif etdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazır olduğumuzu bildirdik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Yaxın zamanda Ermənistanın cavabı bəlli olacaq və biz təbii ki, bundan sonra lazımi addımları atacağıq”, – deyə Bayramov fikrini tamamlayıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …