Şənbə , Sentyabr 26 2026
azfa

Sulduzda qoruq ərazisində güclü yanğın baş verib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsində qoruq ərazisi Seyran gölü-Daş Dürgə gölməçəsi ətrafında aprelin 7-dən 8-ə keçən gecə güclü yanğın olub.

Qoruq ərazisində başlayan yanğın küləyin əsməsi nəticəsində onlarla hektar əraziyə yayılıb.

Ətraf mühit fəalları bölgə şəhərlərinin yanğınsöndürənlərinin hadisə yerinə cəlb olunmasına baxmayaraq yanğının qarşısının alınması çətinləşib.

Qoruq ərazidə çox sayda nadir quş, heyvan və bitki növlərinin olduğu üçün, yanğının ətraf mühitə ciddi ziyan vurduğu bildirilir.

Sulduz Şəhər Şurasının üzvü Səid Dilməqani bildirib ki, bölgə yollarının yanğınsöndürən texnikanın hərəkəti üçün uyğun olmadığı üçün yanğının söndürülməsi və genişlənməsinin qarşısının alınmasının çətinləşib.

Sulduz şəhərinin Böhranı İdarəetmə Mərkəzi yanğınla bağlı verdiyi açıqlamada yanğının 12 hektar qoruq ərazini məhv etdiyini bildirib. Yanğının məqsədli şəkildə törədildiyi ehtimal olunur.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …