Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təbrizdə universitet öyrənciləri etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın “Hərasət” adlanan orqanının universitetlərdə öyrəncilərə qarşı basqıları etirazlara səbəb olub.

Təbriz Universitetinin öyrənciləri qız öyrəncilərə geyiminə görə basqılara etiraz ediblər.

Həmçinin ötən həftə Tehranın Elm və Sənaye Universitetində öyrəncilər əslində mühafizə xidməti sayılan “Hərasət”in onlara qarşı basqılarının artmasına qarşı mitinq keçirmişdilər.

Onlar bildirirdilər ki, bir müddət əvvəl isə öyrəncilərdən biri “Hərasət”in əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb.

Bundan başqa, sosial şəbəkələrdə də iranlı öyrəncilər oxşar məlumatlar yayırlar.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …