Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türkiyə ordusu təhlükəli PKK terrorçularını İraq və Suriyada məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri olan Songül Coşqunu məhv edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“S.Coşqun İraqın şimalında TSQ-yə qarşı aktiv döyüşlərdə iştirak edib. Onunla birlikdə daha bir neçə terrorçu da məhv edilib” – məlumatda qeyd olunub.

Digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı əməliyyat təşkil edib. Əməliyyat nəticəsində 9 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, İraq ərazisində PKK-ya qarşı əməliyyatlar martın 10-da başlayıb. Əməliyyatların başlanğıcından indiyə qədər 50 terrorçu məhv edilib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın