Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran rejimi zülmə məruz qoyduğu Azərbaycanın Traxtur komandasını cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Azərbaycanla düşmənçilik zəminində Güney Azərbaycanın Traktur futbol klubunun tərəfdarlarına qadağa qoyulub.

İran Futbol Federasiyasının İnzibati Komitəsi təxribat törədən Tehranın Piruzi komandası yerində Azərbaycanın Traxtur komandasına qadağa tətbiq edib. İran Futbol Federasiyasının İnzibati Komitəsinin qərarı ilə növbəti oyunda Traxtur komandası tərəfdarları stadiona buraxılmayacaq.

Qeyd edək ki, iki gün öncə Təbrizin “Səhənd” stadionunda “Traktur” ilə Tehranın “Persopolis” klubu arasında baş tutan qarşılaşma yarımçıq dayandırılmışdı.

İran mətbuatı və paniranist dairələr bunun səbəbini müəyyən iddialarla bağlasalar da, əsas mətləbi-yəni “Persopolis”in oyunçusunun “Traktur”un oyunçusunu bilərəkdən zədələməsini və Tehran komandasının oyunçularının Traxtur tərəfdarlarına daş atmalarını qeyd etmirlər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …