Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı: Ötən il dünyada qeydə alınmış edamların yarısından çoxu İranda baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, 2021-ci ildə həyata keçirilmiş edamların sayı 2020-ci illə müqayisədə 20% artıb.

Beynəlxalq Əfv Təşkilatının mayın 24-də yayılan illik hesabatında qeyd olunub ki, edamların artma səbəbi İranda ölüm hökmlərinin artması ilə əlaqədardır. Çünki bu ölkədə 2021-ci ildə icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil edib.

Hesabatda o da vurğulanıb ki, 2021-ci ildə dünyanın 18 müxtəlif ölkəsində ən azı 579 edam hökmü icra edilib ki, onun da ən azı 314-ü İranda qeydə alınıb. Məlumatda sonda əlavə edilib ki, İranda gerçək edam sayının müxtəlif təşkilatlar tərəfindən araşdırılan bu rəqəmlərdən dəfələrlə çox olduğu ehtimal olunur.

Beynəlxalq Əfv Təşkilatı həmçinin bildirib ki, keçən il edamların 80 faizi 3 ölkə – İran (315), Misir (83) və Səudiyyə Ərəbistanına (65) aid olub.

Beynəlxalq Əfv Təşkilatı məlumatına görə, 2021-ci ildə İranda edamların sayı 246 faktın qeydə alındığı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb və ümumilikdə 2017-ci ildən bəri yeni rekorda çatıb.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …