Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İsrail İran adlanan ərazidə terrorçu Sepah-a ardıcıl zərbələr endirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın raket və dron proqramı üzrə mütəxəssisinin Yəzd şəhərində şübhəli ölümü Sepah-ın həmin mütəxəssislərin öldürülməsini hədəfə alan fəaliyyətləri ilə bağlı genişmiqyaslı əməliyyatlarının ən yeni pərdəsidir. Görünür, Sepah MOSSAD-ın ciddi basqı və zərbələri altındadır.

Bölgənin xəbər agentlikləri raket və dron proqramı üzrə mütəxəssis Eyyub İntizarinin qəsdən zəhərlənərək öldürülməsi ilə bağlı yeni detalları yayıblar.

Məlumatlara əsasən, İntizari şam yeməyinə dəvət edilib və evinə qayıtdığı zaman yeməkdən zəhərləndiyi üçün halı pisləşərək xəstəxanaya çatdırılıb. Lakin xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb.

Bəzi mənbələr isə şam yeməyindən sonra ev sahibinin yoxa çıxdığını bildiriblər. Yəzd əyalətindən İntizarinin ailəsinə göndərilən və əyalət başçısının da imzaladığı məktubda onun dırnaqarası şəhid olduğu vurğulanıb.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …