Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ərdoğan: “İMECE-ni 2023-cü ilin yanvarnda kosmosa buraxırıq”

Türksat Baş İdarəsinin paytaxt Ankaradakı Gölbaşı şəhərciyində Türksat 5B peykinin işə salınma mərasimində çıxış edən Ərdoğan bunları söyləyib…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz yerli və milli müşahidə peykimiz olan İMECE-ni 2023-cü ilin yanvar ayında kosmosa buraxacağıq” dedi.

Türksat Baş İdarəsinin paytaxt Ankaradakı Gölbaşı şəhərciyində Türksat 5B peykinin işə salınma mərasimində çıxış edən Ərdoğan bunları söyləyib: “Türkiyə mühəndisləri tərəfindən hazırlanmış yerli və milli müşahidə peykimiz İMECE-ni 2023-cü ilin yanvarında, TÜRKSAT 6A-nı isə 2023-cü ilin ortalarında orbitə buraxacağıq.

Milli Kosmos Proqramı ilə quruda, dənizdə və havada olduğu kimi, kosmosda da Türkiyənin maraqlarını müdafiə etmək bizim şərəf borcumuzdur”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …