Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejiminin Xumarlıda Azərbaycanın tarixi abidələrinə laqeyd münasibəti məmurları da dilə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Güney Azərbaycanın tarixi abidələrinə qarşı düşmən münasibəti o qədər kəskin xarakter alib ki, rejimin təyin etdiyi yerli rəsmilər də bəzən bu məsələni tənqid etmək məcburiyyətində qalırlar. Belə ki, Xumarlıda bələdiyyə başçısı Mədəni İrs, Turizm və Əlişləri İdarəsini Azərbaycanın bu bölgəsindəki abidələrinə qarşı laqeydliyini t\ənqid edib.

Güney Azərbaycanın Xudafərin bölgəsində yerləşəşən Xumarlının bələdiyyə başçısı Abbas İmannəjad bölgədə tarixi abidə və binaların dağılmaqda olduğuna toxunaraq,  Mədəni İrs, Turizm və Əlişləri İdarəsini Azərbaycan abidələrinə qarşı laqeydlikdə ittiham edib.

İmannəjad bölgədə Vinəq və Aynalı tarixi sarayları ilə eyni vaxtda tikilən “Ağa Damdaşı” və “Məşədi Abdulla” tarixi binalarının dağılmaqda olduğunu və əlaqədar qurumların bununla bağlı heç bir tədbir görmədiklərini bildirib.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanın tarixi abidələrinin məhv olması məqsədi ilə həmin abidələrə qəsdən diqqətsiz yanaşır. Bu da haqlı olaraq azərbaycanlıların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …